"Parma"nın yarımmüdafiəçisi Mandela Keyta karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

"Qalatasaray" belçikalı futbolçunun xidmətimdə maraqlıdır. "Sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk rəhbərlikdən Keytanın transferini istəyib. İstanbul nəhəngi Belçika millisinin üzvü olan 23 yaşlı dayaq yarımmüdafiəçisini yayda transfer etməyə çalışacaq.

Qeyd edək ki, Mandela Keyta bu mövsüm "Parma"nın heyətində İtaliya A Seriyasında keçirdiyi 23 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest