"Borussiya" "Real"ın hücumçusu Qonsalo Qarsiya Torreslə yaxından maraqlanır. Alman klubu 22 yaşlı hücumçunu transfer siyahısına əlavə edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq paylaşıb.

Bildirilir ki, Torresdən əlavə, Dortmund klubu "Hoffenhaym"ın hücumçusu Fisnik Asllani və "Brügge"nin forvardı Nikolo Tresoldi ilə də maraqlanır.

"Borussiya"nın hələlik Torresin transferi ilə bağlı Madrid klubu ilə danışıqlara başlamadığı qeyd edilir.

Torres bu mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 30 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest