"Demək olar, 99 faiz liqadakı yerimizi təmin etmişik".
"İmişli" Misli Premyer Liqasının 30-cu turunda səfərdə "Araz-Naxçıvan"ı 0:1 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, "İmişli"nin baş məşqçi Jorj Kaşkilya oyundan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib:
"Futbolçularımı təbrik edirəm. Oyunun vacibliyini bilirdik. Qələbə bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Demək olar, 99 faiz liqadakı yerimizi təmin etmişik. Yenidən komandamı təbrik edirəm. Debütant olmağımıza baxmayaraq, yaxşı xallar qazandıq. Bu, klub üçün tarixdir. Ümid edirəm ki, fanatlar da nəticədən razıdır.
Oyuna gəlincə, rəqibin ikinci hissədə yüksək pressinq tətbiq edəcəyini bilirdik. Əks-hücumlardan fərqlənmək üçün şanslarımız var idi. Oyunçuları motivasiya etmək asan olacaq. Futbolçuların üzərində təzyiq olanda bu iş daha çətindir. Onlar artıq qarşıdakı matçlara yaxşı oyun üçün çıxacaqlar. Məqsəd hər oyunda xal qazanmaq, qalib gəlməkdir".












