"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali yay transfer pəncərəsində A Seriyasına qayıtmağı planlaşdırmır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

25 yaşlı futbolçu İngiltərə Premyer Liqasında qalmaq istəyir. Tonali aparıcı klubların qısa siyahısına daxildir və daha üst səviyyəyə yüksəlmək niyyətindədir.

Qeyd edək ki, Sandro Tonali 2023-cü ilin yayından "Nyukasl"da çıxış edir. İtaliya millisinin üzvü bu mövsüm "sağsağanlar"ın heyətində keçirdiyi 50 oyunda 3 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest