"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Real"ın ona olan marağı ilə bağlı suala cavab verib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano sosial media hesabında paylaşıb.

"Növbəti məqsədim "Benfika"nı Çempionlar Liqasına çıxarmaqdır. Növbəti 3 oyunda qalib gəlsək, Avropanın ən yaxşı yarışında oynayacağıq. Ağlımda olan tək şey budur", - deyə Mourinyo açıqlamasında bildirib.

"Benfika" hazırda 31 oyundan sonra Portuqaliya çempionatında ikinci yerdədir və lider "Porto"dan 7 xal geridədir. Mourinyo ötən ilin sentyabrında Lissabon klubuna rəhbərlik edib.

Qeyd edək ki, Madrid klubunun prezidenti Florentino Peresin Alvaro Arbeloanın yerinə Mourinyonu baş məşqçi kimi nəzərdən keçirdiyi bildirilir.

Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər "Real"ın baş məşqçisi vəzifəsində çalışıb və komanda ilə İspaniya çempionluğunu, Kral Kubokunu və İspaniya Superkubokunu qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest