30 Aprel 2026, 09:20
FUTBOL
"Roma"nın tanınmış argentinalı hücumçusu Paulo Dibala karyerasını "Boka Xuniors"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN paylaşıb.
Bildirilir ki, 32 yaşlı futbolçu iyun ayında, "Roma" ilə müqaviləsi başa çatdıqdan sonra Argentina klubuna qoşulmaq üçün ilkin razılığa gəlib.
Dibala bu mövsüm "Roma"da bütün turnirlərdə 22 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.












