28 Aprel 2026, 10:55
FUTBOL
"Borussiya"nın müdafiəçisi Yulian Ryuerson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.
"Mançester Yunayted" və "Nyukasl" norveçli futbolçunu transfer etmək istəyir. Almaniya klubu 28 yaşlı sol cinah müdafiəçisini 40-45 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Yulian Ryuerson bu mövsüm Dortmund təmsilçisinin heyətində bütün oyunlarda keçirdiyi 39 oyunda 16 qol ötürməsi edib.












