"Fənərbaxça" baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Tedesko ilə yanaşı idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi də istefaya göndərilib.

Komandanı müvəqqəti olaraq Zeki Murat Göle çalışdıracaq.

Qeyd edək ki, Domeniko Tedesko mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda Super Liqqada 31 turdan sonra 67 xal toplayıb və lider "Qalatasaray"dan 7 xal geri qalmaqla 2-ci pillədə yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest