19 Aprel 2026, 21:06
FUTBOL
"Benfika"nın baş məşqçisi Joze Mourinyo bu yay "Real"ın baş məşqçisi ola bilər.
Matc.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
Bildirilir ki, Madrid klubunun prezidenti Florentino Peres Mourinyonun geri dönüşü ideyasına maraq göstərir. Gələn həftə o, "Real"ın hazırkı baş məşqçisi Alvaro Arbeloa ilə görüşəcək və ona cari mövsümün sonunda səlahiyyət müddətinin başa çatacağını bildirəcək. Bundan sonra Peres Mourinyo ilə danışıqlara başlayacaq.
Xatırladaq ki, portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə "Real"a rəhbərlik edi. Komandanı 2012-ci ildə La Liqa çempionu edib, həmçinin 2011-ci ildə Kral Kubokunu və 2012-ci ildə İspaniya Superkubokunu qazanıb.












