"Düşünürəm ki, qarşılaşmaya tam hazırıq. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram".
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra yığması ilə evdə keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.
Matc.az xəbər verir ki, mütəxəssis komandanın qarşılaşmaya tam hazır olduğunu deyib:
"Üç gün əvvəl bu rəqib üzərində səfərdə gözəl oyunla qələbə qazandıq. Hesabı Andorra açsa da, əzmkar mübarizə apararaq istəyimizə çatdıq. Sabah isə bu komandanı öz meydanımızda qəbul edəcəyik. Qrupu yüksək pillələrdə bitirmək istəyiriksə, sabahkı matçda da mütləq qələbə qazanmalıyıq. Rəqiblə bağlı bütün detalları komanda ilə müzakirə etmişik, lazımi məlumatları vermişik. Düşünürəm ki, qarşılaşmaya tam hazırıq. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanıram".
Qeyd edək ki, C liqasının 3-cü qrupu çərçivəsində aprelin 18-də "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan - Andorra oyunu saat 17:00-da başlanacaq.











_1776442083.jpg)
