"Çelsi" Moyzes Kaysedonun müqaviləsinin müddətini uzatmatmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu ekvadorlu futbolçunun 2031-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsini daha 2 il artıracaq. Artıq 24 yaşlı dayaq yarımmüdafiəçisi ilə razılıq əldə olunub. Yeni müqavilədə futbolçunun maaşı da yüksək olacaq.

Qeyd edək ki, Moyzes Kaysedo bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə keçirdiyi 42 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest