17 Aprel 2026, 16:57
FUTBOL
"Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatan İbrahima Konate Səudiyyə Ərəbistanından aldığı sərfəli təklifi qəbul etməyib.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Fransalı mərkəz müdafiəçisi İngiltərə klubu ilə 4 illik yeni sözləşmə imzalayacaq. Artıq tərəflər arasında razılıq əldə olunub. Yaxın günlərdə 26 yaşlı futbolçu müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, İbrahima Konate bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 2 qol vurub.







_1776442083.jpg)




