"Deməli mən qalib gəlmək üçün lazım olan işi görməmişəm. Tam şəkildə məsuliyyəti üzərimə götürürəm".

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 28-ci turu çərçivsində "SOCAR Polymer Arena"da "Turan Tovuz"a 0:3 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Andrey Demçenko oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan əvvəl desəydilər ki, 0:3 hesabı ilə məğlub olacağıq, buna inanmazdım. Birinci hissədə oyunumuz alınırdı. Qol şanslarımız oldu, amma yararlana bilmədik. İkinci yarıda da yaxşı imkanlarımız oldu. Futbolda qızıl qayda var, qol vurmasan, sənə qol vuracaqlar. 90 dəqiqə ərzində oyuna köklənməni saxlamaq lazımdır. Oyunun sonlarında bizdə alınmadı və uduzduq. Son saniyəyə kimi döyüşməlisən.

- Məğlubiyyətə görə məsuliyyət futbolçuların üzərindədir? Özünüzdə günah görmürsüz?
- Heç kim demir ki, günahkar futbolçulardır. İlk növbədə baş məşqçi günahkardır. Deməli mən qalib gəlmək üçün lazım olan işi görməmişəm. Tam şəkildə məsuliyyəti üzərimə götürürəm.

- Bu məğlubiyyətdən sonra avrokubok hədəflərinin tam bitdiyini demək olar?
- Məqsədimiz var. Sona qədər mübarizə aparmaq lazımdır. Rəqiblərimizin də öz aralarında oyunları olacaq. Şansımızın tam bitdiyini deməzdim.

- "Araz-Naxçıvan" ilk 6-lıqda yer alan komandaları məğlub edə bilmir. Bunun səbəbi nədir?
- Yəqin ki, müdafiədən hücuma keçiddə çətinliyimiz var. Buna görə lazım olan nəticəni ala bilmirik. Oyunçuları müasir futbola keçirməyə çalışırıq. Top saxlamaq, pressinq etmək... Bütün komandanın bu rejimdə çalışması vacibdir. Əgər bir futbolçuda düşüş olursa, bu, bütün komandaya təsir edir. Sistemə kimsə daha tez, kimsə çətin uyğunlaşır. Hər çeyə baş məşqçi qərar verir. Bütün məsuliyyət mənim üzərimdədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest