"Real"ın yarımmüdafiəçisi Dani Sebalyos karyerasını Niderlandda davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

"Ayaks" ispaniyalı futbolçunu transfer etmək istəyir. "Kral klubu"nda heyətə düşə bilməyən Sebalyos Amsterdam təmsilçisinə keçməyə isti yanaşır. Transferin yayda reallaşmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Dani Sebalyos bu mövsüm "Real"ın heyətində 22 oyun keçirib. 29 yaşlı oyunçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest