"Benfika"nın yarımmüdafiəçisi Riçard Rios Avropanın bir neçə klubunun transfer siyahısında yer alıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Roma", "Napoli", "İnter" və "Mançester Yunayted" kolumbiyalı futbolçunu transfer etmək istəyir. 25 yaşlı dayaq yarımmüdafiəçisinin Portuqaliya klubu ilə müqaviləsində 100 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Lakin Lissabon təmsilçisi oyunçunu aşağı məbləğə satmağa razı ola bilər.

Qeyd edək ki, Riçard Rios bu mövsüm "Benfika"nın heyətində bütün turnirlərdə keçirdiyi 41 oyunda 5 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest