17 Aprel 2026, 16:28
FUTBOL
"Barselona" ilə müqaviləsi mövsümün sonunda başa çatan Robert Levandovski gələcəyi haqda açıqlama verib.
Matc.az xəbər verir ki, polşalı hücumçu mövsümün qalan oyunlarına kökləndiyini deyib:
"Bunun üçün hələ bir az vaxtımız var. Klub nə düşündüyümü bilir. Təkliflər və gələcəyim barədə danışmaq istəmirəm. Qalan oyunlar və vurulacaq qollar daha vacibdir. Mətbuatda hər gün yeni xəbərlərin çıxması önəmli deyil".
Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayından "Barselona" çıxış edir. 37 yaşlı forvard bu mövsüm Kataloniya təmsilçisinin heyətində keçirdiyi 40 oyunda 17 qol vurub, 3 qol ötürməsi edib.





_1776442083.jpg)






