"Union" klubu baş məşqçisi Şteffen Baumqart ilə yollarını ayırdığını açıqlayıb.

Matc.az xəbər verir ki, qərar Bundesliqanın 29-cu turunda səfərdə "Haydenhaym"a 1:3 hesablı məğlubiyyətdən sonra qəbul edilib.

Komanda müvəqqəti olaraq klubun U-19 kollektivinə rəhbərlik etmiş 34 yaşlı Mari-Luiza Eta həvalə olunub.

54 yaşlı Baumqart 2025-ci il yanvarın 2-dən baş məşqçi vəzifəsində çalışırdı. Onun işlədiyi dövrdə "Union" 51 qarşılaşmada 16 qələbə qazanıb, 14 heç-heçə edib və 21 oyuna məğlub olub.

Qeyd edək ki, 29 turdan sonra aktivində 32 xal olan "Union" Bundesliqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest