13 Aprel 2026, 11:40
FUTBOL
"Bornmut"un hücumçusu Eli Junior Krupi İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
"Liverpul" fransalı forvardı transfer etmək istəyir. Klubu 19 yaşlı futbolçu üçün 60 milyon funt-sterlinqlik təklif gəlsə, dəyərləndirəcək.
Qeyd edək ki, Eli Junior Krupu bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 29 oyunda 10 qol vurub. Gənc oyunçunun klubu ilə müqaviləsi 2030-cu ilin yayına kimidir.












