"Real" Franko Mastantuononu icarəyə göndərmək variantını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.

Madrid klubu argentinal futbolçunun İspaniya futboluna uyğunlaşmasına və mütəmadi oyun təcrübəsi qazanmasına kömək etmək üçün onu La Liqa klublarından birinə icarəyə vermək variantı üzərində işləyir. Mastantuonunun gələcəyi ilə bağlı yekun qərarı yeni baş məşqçi verəcək.

Klub gənc istedadın transferinə böyük vəsait xərclədiyini nəzərə alaraq, onun gələcək inkişafına maksimum dərəcədə ehtiyatla yanaşmağa çalışır. "Real" 18 yaşlı hücumameyilli yarımmüdafiəçinin "River Pleyt"lə müqaviləsindəki 45 milyon avroluq sərbəstqalma məbləğini ödəyib.

Qeyd edək ki, Franko Mastantuono başa çatan mövsümdə "Real"ın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb və 3 qol vurmağı bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest