05 Aprel 2026, 20:39
FUTBOL
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu olub.
Matc.az xəbər verir ki, Erediviziyanın 29-cu turunda "Feyenoord" "Volendam"ı məğlub edə bilməyib (0:0) və "qırmızı-ağlar"a çatmaq şansını itirib.
PSV isə "Utrext"ə (4:3) qalib gələrək, sona 5 tur qalmış çempionluğunu təmin edib.
Qeyd edək ki, PSV tarixində 27-ci dəfə Niderland çempionu oldu. Klub həmçinin 11 Niderland Kuboku və 15 Niderland Superkuboku qazanıb. "Qırmızı-ağlar" həmçinin Avropa Çempion Klublar Kuboku və UEFA Kubokuna sahibdir.












