05 Aprel 2026, 13:28
FUTBOL
Azərbaycan millisinin sol cinah hücumçusu Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" komandası Albaniya çempionatının 30-cu turunda "Vlajniya" ilə üz-üzə gəlib.
Matc.az xəbər xəbər verir ki, İsgəndərlinin komandası doğma meydanda rəqibinə iki cavabsız qolla məğlub olub.
Meydana start heyətində çıxan İsgəndərli görüşün sonuna qədər meydanda qalıb.
Qeyd edək ki, 30 turdan sonra aktivində 44 xalı olan "Partizani" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.












