04 Aprel 2026, 18:16
FUTBOL
"Liverpul" bu mövsüm bütün yarışlarda ümumilikdə 15 oyunda məğlub olub.
Matc.az xəbər verir ki, bu gün Arne Slothun komandası İngiltərə Kubokunda "Mançester Siti"yə 4:0 hesabı ilə uduzub.
Bu, klubun Brendan Rocers (18) rəhbərliyi altında 2014/15 mövsümündən bəri ən pis göstəricisidir. Yurgen Kloppun rəhbərliyi altında belə nəticə qeydə alınmayıb.
Qeyd edək ki, "Liverpul" son beş oyununda yalnız bir qələbə, üç məğlubiyyət və bir heç-heçə ilə yadda qalıb.












