05 Aprel 2026, 10:41
FUTBOL
"Çelsi" İngiltərə Kubokunda 20 illik nailiyyəti təkrarlamağı bacarıb.
Matc.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Bildirilir ki, London klubu İngiltərə Kubokunun 1/4 finalında III divizion təmsilçisi "Port Veyl" komandasını 7:0 hesabı ilə məğlub edib. Londonlular son 20 ildə bu mərhələdə 7 qol vuran ilk komanda olub.
Eyni nəticəni 2005/06 mövsümündə "Liverpul" "Birmingem"i 7:0 hesabı ilə məğlub edərək əldə edib.












