MLS-də VI turun oyunlarına yekun vurulub.

Matc.az xəbər verir ki, millimizin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Kolambus Kryu" səfərdə "Atlanta Yunayted"lə üz-üzə gəlib.

Qarşılaşma qonaq komandanın 1:3 hesablı qələbəsi ilə nəticələnib.

Axundzadə meydana 90-cı dəqiqədə daxil olub.

Qeyd edək ki, 6 turdan sonra aktivində 5 xal olan "Kolambus Kryu" Şərq Konfransının turnir cədvəlində 11-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest