"Trabzonspor Kiyev "Dinamo"sunda çıxış edən hücumçu Matviy Ponomarenko ilə müqavilə bağlamaq imkanını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Taka Gazete" məlumat yayıb.

Türkiyə klubu 20 yaşlı futbolçunun inkişafını diqqətlə izləyir. Super Liqa nəhəngi transfer strategiyasında ciddi dəyişikliklər edərək diqqəti gənc və perspektivli oyunçulara yönəldib. Məhz bu kontekstdə Ukrayna bazarı seleksiya üçün prioritet istiqamətlərdən biri olaraq qalır.

"Trabzonspor" bundan əvvəlk Ukraynadan Arseniy Bataqov, Aleksandr Zubkov və Danilo Sikanı heyətinə cəlb edib. Bu futbolçularla əldə olunan müsbət təcrübə rəhbərliyi Ukrayna çempionatında yeni istedadlar axtarmağa sövq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest