03 Aprel 2026, 11:00
FUTBOL
Bu müddətdə böyük ehtimalla iki yoldaşlıq görüşü baş tutacaq. Rəqiblərin kimliyi tam dəqiqləşməsə də, Millətlər Liqasındakı rəqiblərə uyğun olacaq.
Azərbaycanda təşkil olunan “FIFA Series – 2026”nın qalibi olan Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində iyunda son təlim-məşq toplanışını keçəcək. Matc.az xəbər verir ki, millimizin hazırlıq proqramı, demək olar ki, müəyyənləşib.
Mayın 24-də Misli Premyer Liqasında mövsümə yekun vurulacaq və bir neçə günlük istirahətin ardından milliyə çağırılan futbolçular düşərgəyə qoşulacaq. Baş məşqçi Ayxan Abbasov iyunda Avstriyada təlim-məşq toplanışında futbolçuları sınaqdan keçirəcək.
Komandanın 1-10 iyun aralığında adıçəkilən ölkədə hazırlıq keçməsi planlaşdırılır. Bu müddətdə böyük ehtimalla iki yoldaşlıq görüşü baş tutacaq. Rəqiblərin kimliyi tam dəqiqləşməsə də, Millətlər Liqasındakı rəqiblərə uyğun olacaq. Bununla da millimiz Millətlər Liqasına hazırlığını yekunlaşdıracaq.
Qeyd edək ki, millimiz Millətlər Liqasının D liqasında mübarizə aparacaq. Yığmamız 2-ci qrupda Litva və Lixtenşteynlə C liqasına vəsiqə uğrunda yarışacaq.





_1695730346.jpg)






