"Jirona"nın baş məşqçisi Miçel Sançes "Ayaks"aa rəhbərlik edə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto "Radio Marca"nın efirində məlumat verib.

Niderland klubunun rəhbərliyi artıq uzun müddətdir ki, 50 yaşlı ispan mütəxəssisin fəaliyyətini izləyir. "Ayaks" "Jirona"nın uğursuz nəticələri fonunda Miçelin namizədliyini nəzərdən keçirməyə başlayıb. Bundan əlavə, rəhbərlik onun oyun üslubunun komandayal uyğun gəldiyini düşünür.

Həmçinin qeyd olunur ki, mümkün danışıqlarla klubun idman direktoru Yordi Kroyff məşğul olur.

Hazırda "Ayaks"ın baş məşqçisi Oskar Qarsiyadır. O, bu mövsüm klubun üçüncü çalışdırıcısıdır. Amsterdam təmsilçisi Niderland çempionatında 28 turdan sonra 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest