"Borussiya"ın yarımmüdafiəçisi və kapitanı Əmrə Can komandası ilə yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçu mövsümün sonunda başa çatması planlaşdırılan müqaviləsini daha 1 il, 30 iyun 2027-ci ilə qədər uzadıb. Müqavilənin maliyyə detalları açıqlanmayıb.

Can hazırda sol dizindəki yırtılmış çarpaz bağlarını sağaldır. 32 yaşlı futbolçu Bundesliqanın 24-cü turunda "Bavariya"ya qarşı oyunun (2:3 hesablı məğlubiyyət) ilk hissəsinin sonlarında zədə alıb.

O, bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə 16 oyunda 3 qol vurub. Futbolçunun transfer dəyəri 6 milyon avro olaraq qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest