"Liverpul"un hücumçusu Kodi Qakpo vasitəçilər vasitəsilə İngiltərə Premyer Liqası və Avropa klublarına aktiv şəkildə təklif olunur.
Matc.az xəbər verir ki, bu barədə məlumatı TEAMtalk paylaşıb.
Bildirilir ki, Niderland millisinin oyunçusu ilə maraqlanan komandalardan biri də "Tottenhem"dir.
Qakpo komandadan getsə, "mersisaydlılar" onu hazırda "Nyukasl"da oynayan cinah hücumçusu Entoni Qordonla əvəz edə bilər.
Qakpo ilə "Leypsiq", "Napoli" və "Milan" klubları da maraqlanır.
Qeyd edək ki, bu mövsüm "Liverpul"un hücumçusu bütün yarışlarda 41 oyunda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 65 milyon avrodur.












