"Atletik"in futbolçusu Unay Qomes sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bilbao təmsilçisinin aparıcı üzvlərindən olan Unay Qomes sizindən ciddi cəzə alıb. 22 yaşlı ispaniyalı hücumameyilli yarımmüdafiəçinin uzun müddət yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Qeyd edək ki, Unay Qomes bu mövsüm "Atletik"in heyətində keçirdiyi 30 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest