Amsterdamın "Ayaks" klubu buna qədər gənclər komandasına rəhbərlik etmiş Oskar Qarsiyanı baş məşqçi təyin edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 52 yaşlı ispaniyalı mütəxəssis ilə müqavilənin təfərrüatları açıqlanmayıb.

2025-ci ilin noyabr ayında Con Qeytinqin ayrılmasından sonra müvəqqəti olaraq "Ayaks"ın məşqçisi olan Fred Qrim isə akademiyadakı işinə qayıdıb.

Qarsiyanın heyətinə köməkçi məşqçi Karlos Qarsiya, qapıçılar məşqçisi Xuan Pablo Kolinas və son bir aydır onunla gənclər komandasında işləyən fiziki hazırlıq üzrə məşqçi Enrike Sanz qoşulub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest