Filipe Luislə yollarını ayıran "Flamenqo"nun yeni baş məşqçisi məlum olub.

Matc.az xəbər verir ki, Braziliya təmsilçisi Leonardo Yardimlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı portuqaliyalı mütəxəssislə 2027-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeeyd edək ki, Leonarda Yardimin son iş yeri Braziliyanın "Kruzeyro" klubu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest