İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib.

Matc.az xəbər verir ki, "Barselona" doğma meydanda "Atletiko"nu qəbul edib. Qarşılaşma Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İki görüşün nəticəsinə əsasən 4:3 hesablı üstünlük əldə edən "Atletiko" finala yüksəlib. Madridlilər həlledici oyunda "Real Sosyedad" - "Atletik" matçının qalibi ilə üz-üzə gələcəklər.

"Barselona" - "Atletiko" 3:0
Qollar:
Mark Bernal, 29, 72, Rafinya, 45+5 (pen)

İlk oyun – 0:4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest