04 Mart 2026, 12:43
FUTBOL
"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Julian Brandtı komandada saxlamağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "BVB Newsblog" məlumat yayıb.
Bundesliqa nəhəngi artıq almaniyalı hücumameyilli yarımmüdafiəçi ilə sözləşmənin müddətinin uzadılması üçün danışıqlara başlayıb. 29 yaşlı futbolçu ilə danışıqların müsbət istiqamətdə getdiyi bildirilir.
Qeyd edək ki, "Borussiya" Julian Brandtı 2019-cu ilin yayında "Bayer"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində keçirdiyi 31 oyunda 10 qol vurub, 2 qol ötürməsi edib.







_1772624114.png)




