Portuqaliyanın "Benfika" klubunun heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Lissabon təmsilçisinin futbolçusu Bruma sıradan çıxıb.

Portuqaliyalı vinger ayaq əzələsindən zədə alıb. 31 yaşlı oyunçu 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Bruma 2025-ci ilin yayında diz bağlarından zədə aldığı üçün uzun müddət futboldan uzaq qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest