27 Fevral 2026, 15:34
FUTBOL
"Vulverhempton"un müdafiəçisi Uqo Bueno İngiltərədə klubunu dəyişməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Tottenhem" ispaniyalı futbolçunu transfer etmək istəyir. "Qurdlar" Premyer Liqanı tərk eetsələr, 23 yaşlı sol cinah müdafiəçisini 20 milyon funt-sterlinqə satmağa razı olacaqlar.
Qeyd edək ki, Uqo Bueonu bu mövsüm "Vulverhempton"un heyətində keçirdiyi 27 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












