26 Fevral 2026, 20:54
FUTBOL
"Real" "Arsenal"ın mərkəz müdafiəçisi Qabriel Maqalyaeslə bağlı məlumat istəyib.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Madrid klubuna dərhal məlumat verilib ki, "topçular" 28 yaşlı futbolçunu satmaq niyyətində deyil. "Arsenal" komandanı Avropanın ən güclülərindən birinə çevirməyə davam etmək istəyir və buna görə də aparıcı oyunçularını buraxmaq istəmir.
Qeyd edək ki, bu mövsüm Maqalyaes bütün yarışlarda 32 oyunda meydana çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 75 milyon avrodur.












