Serbiyanın "Partizan" klubu baş məşqçi Nenad Stoyakoviçlə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Belqrad təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssis derbidə "Srvena Zvezda"ya 0:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Qeyd edək ki, Nenad Stoyakoviç ötən ilin noyabr ayında "Partizan"ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda Super Liqada 24 turdan sonra 53 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider "Srvena Zvezda"nın 57 xalı var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest