18 Fevral 2026, 17:18
FUTBOL
"Milan"ın futbolçusu Kristian Pulişiç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
"Mançester Yunayted" və "Tottenhem" ABŞ millisinin üzvünü transfer etmək istəyir. İtaliya klubu 27 yaşlı vingeri 70 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, "Milan" Kristian Pulişiçi 2023-cü ilin yayında "Çelsi"dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində keçirdiyi 21 oyunda 10 qol vurub, 2 qol ötürməsi edib.












