18 Fevral 2026, 16:01
FUTBOL
Türkiyənin "Konyaspor" klubu müdafiəçi Gilerme ilə bağlı sərt qərar qəbul edib.
Matc.az xəbər verir ki, braziliyalı futbolçudan kapitanlıq alınıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı sol cinah müdafiəçisi həmçinin, əsas komandadan uzaqlaşdırılıb.
Qeyd edək ki, Gilerme 2020-ci ilin yanvarından "Konyaspor"da çıxış edir. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində keçirdiyi 25 oyunda 1 qol ötürməsi edib.












