""Azərbaycanlı futbol ulduzu Nariman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən "Kolambus Krü" klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik!"
ABŞ-nin Azərbaycandakı Səfirliyi "Kolambus Krü" klubuna transfer olan Nəriman Axundzadəni təbrik edib.
Matc.az xəbər verir ki, bununla bağlı səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib:
"Azərbaycanlı futbol ulduzu Nariman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən "Kolambus Krü" klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik!
“Qarabağ”ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.
Eyni zamanda, “Qarabağ” klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə diləyirik!"







_1771417731.jpg)




