11 Fevral 2026, 12:07
FUTBOL
"Marsel" baş məşqçi Roberto De Zerbi ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Roberto De Zerbi 2024-cü ilin yayında "Marsel"in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda Liqa 1-də 21 turdan sonra 39 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.







_1693390777.png)




_1770808047.jpg)