"Flamenqo" "Real" gənc futbolçusu Vinisius Junioru geri qaytarmaq üçün konkret addımlar atmaq niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" yayıb.

Bildirilir ki, Braziliya klubu cinah oyunçusu üçün "Real" və ya Səudiyyə Ərəbistanının təklif etdiyi şərtlərlə müqayisə edilə biləcək təkliflər edə bilməyəcəyini başa düşür. Lakin "Flamenqo" Vinisiusun kluba mənsubluq hissini vurğulayaraq "rəqəmlər üzərindən deyil, emosiyalar üzərindən rəqabət aparmaq" istəyir.

Rio-de-Janeyro komandası 25 yaşlı futbolçuya kumir kimi qayıtmağı təklif etməyə hazırdır. Vurğulanır ki, "karyeranın müəyyən mərhələlərində belə bir hekayə bir çox insanın düşündüyündən daha vacibdir".

"Real" isə Vinisiusun müqaviləsini son ilinin əvvəlində uzatmaq niyyətindədir. Madrid klubu heç bir halda hücumçunun pulsuz getməsini istəmir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest