"Barselona"nın hücumçusu Robert Levandovski klubla yeni müqavilə imzalaya bilər.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Polşa millisinin kapitanı bu yay azad agent olacaq və onun Kataloniya klubundakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Baş məşqçi Hans-Dieter Flik hücumçudan razıdır və klub onunla razılığa gəlmək üçün variantları araşdırır.

Bildirilir ki, "Barselona" hücumçu ilə yalnız maaşının azaldılması şərti ilə müzakirələri davam edə bilər.

İdman direktoru Deko tezliklə Levandovski ilə görüşərək gələcəyini müzakirə edəcək.

Qeyd edək ki, təcrübəli oyunçu 2022-ci ilin yayında "Bavariya"dan 45 milyon avroya kataloniyalılara qoşulub. Bu müddət ərzində o, "Barselona"da 172 oyun keçirib, 113 qol vurub və 23 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest