"Əl-Hilal" Ruben Neveşin müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

Portuqaliya millisinin üzvü ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. 28 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi yayda başa çatırdı.

Qeyd edək ki, Ruben Neveş bu mövsüm "Əl-Hilal"ın heyətində keçirdiyi 24 oyunda 9 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest