"Əl-Hilal" "Əl-İttihad"ın hücumçusu Kərim Benzemanı transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb.

"Əl-Hilal" fransalı forvard üçün onun klubuna 25 milyon avro təzminat ödəyib. 38 yaşlı forvardla 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kərim Benzema bu mövsüm "Əl-İttihad"ın heyətində keçirdiyi 21 oyunda 16 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest