02 Fevral 2026, 17:03
FUTBOL
"Barselona"nın bu yaxınlarda "Jirona"ya icarəyə göndərdiyi qapıçısı Mark-Andre ter Ştegen ciddi zədə alıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Cadena SER" paylaşıb.
Bildirilir ki, qapıçıya bud əzələsindən zədə diaqnozu qoyulub və ən azı 2 ay oynaya bilməyəcək.
Bu səbəblə, "Jirona"nın icarə müqaviləsini ləğv edəcəyi və ter Ştegenin "Barselona"ya qayıdacağı gözlənilir.












