02 Fevral 2026, 20:33
FUTBOL
Fransanın "Paris" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Oser"dən Rudi Matondonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Paris" fransalı yarımmüdafiəçi üçün onun klubuna 15 milyon avro təzminat ödəyib. 17 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Rudi Matondo bu mövsüm "Paris"in heyətində keçirdiyi 17 oyunda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.












