"Çelsi"nin hücumçusu David Fofana karyerasını "Strasburq"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, transfer icarə əsasında olacaq və bütün sənədləşmə işləri artıq başa çatıb.

Qeyd edək ki, bu mövsümün ilk yarısında Fofana Türkiyənin "Qaragümrük" klubunda icarə əsasında oynayıb. O, 15 oyunda meydana çıxıb və 8 qol vurub. Əvvəlki mövsümlərdə Fofana həmçinin "Göztepe", "Börnli" və "Union Berlin" klublarında da icarə əsasında oynayıb.

"Çelsi" və "Strasburq" arasında sıx tərəfdaşlıq var, çünki Fransa klubu "Çelsi" ilə eyni investisiya şirkəti olan "BlueCo"ya məxsusdur. Bu tərəfdaşlığa hər iki istiqamətdə oyunçu transferləri də daxildir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest