"Olimpiakos"un hücumçusu Roman Yaremçuk karyerasını Fransada davam etdirəcək.

Matc.az xəbər verir ki, "Lion" ukraynalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yaremçuk yaya qədər Liqa 1 təmsilçisinin formasını geyinəcək. "Lion" 5 milyon avro ödəməklə 30 yaşlı forvardın transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, Roman Yaremçuk bu mövsüm "Olimpiakos"un heyətində keçirdiyi 16 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest